AZ

“Qalatasaray” ingiltərəli futbolçu ilə danışıq aparır

Fransanın “Lion” klubunda çıxış edən sağ cinah müdafiəçisi Ensli Meytlend-Naylz “Qalatasaray”ın maraq dairəsinə düşüb.

İdmanxeber.az-ın məlumatına görə, İstanbul təmsilçisi ingilis futbolçunun menecerləri ilə ilkin danışıqlar aparıb. “Qalatasaray”ın yaxın günlərdə “Lion”a rəsmi transfer təklifi göndərəcəyi gözlənilir.

27 yaşlı oyunçu özü də Superliqada çıxış etməyə müsbət yanaşır. Meytlend-Naylz 2024/25 mövsümündə 44 qarşılaşmada meydana çıxaraq 1 qol vurub və 7 assistlə yadda qalıb.

 

Seçilən
15
1
idmanxeber.az

2Mənbələr