AZ

İsveçdə məscid yaxınlığında atışma: Yaralananlar var

ain.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.

Avqustun 15-də günorta saatlarında İsveçin Erebru şəhərində məscidin yaxınlığında atışma olub.

Oxu.Az-ın Kommersant.ru-ya istinadən xəbərinə görə, bu barədə bölgə polisinin saytında məlumat verilib.

Məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb.

Sakinlərə hadisə yerinə yaxınlaşmamaları barədə çağırış edilib. Polis adam öldürməyə cəhdlə bağlı araşdırmalara başlayıb.

Hadisə şahidləri SVT telekanalına bildiriblər ki, atışma namaz zamanı başlayıb. Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları və yeddi təcili tibbi yardım briqadası işləyir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
33
11
oxu.az

10Mənbələr