AZ

Məlikcan əməliyyatında şəhid olmuş hərbi qulluqçuların xatirələri anılıb

Birinci Qarabağ müharibəsində, 1992-ci ilin 15 avqust tarixində həyata keçirilmiş Məlikcan əməliyyatında şəhid olmuş hərbi qulluqçuların xatirələri anılıb.

“Poliqon” xəbər verir ki, bu məqsədlə Məlikcan əməliyyatında iştirak etmiş hərbi qulluqçular, qazilər, veteranlar, kənd sakinləri və şəhid ailələri döyüşlərin getdiyi əraziyə baş çəkərək, şəhid hərbçilərin məzarlarını ziyarət ediblər.

Şəhidlərin məzarları başında Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, respublikamızın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Dövlət Himni səsləndirilib.

Anım çərçivəsində çıxış edən 848 saylı Füzuli özünümüdafiə taborunun (əlahiddə hərbi hissə) komandiri Zahir Həsənov, Məlikcan əməliyyatından danışıb.

“1992-ci il 15 avqust tarixində Azərbaycan Silahlı Qüvvələri Qarabağ ərazisində irimiqyaslı döyüş əməliyyatı həyata keçirdi. Bu əməliyyat zamanı Ağdərə istiqamətində böyük qələbələr, digər istiqamətlərdə isə nisbətən kiçik uğurlar əldə olundu. Həmin gün Azərbaycan Silahlı Qüvvələri düşmənə göstərdi ki, ordumuz və Vətənin mərd oğulları istənilən şəraitdə qalib gəlməyə qadirdir.

Həmin gün mənim komandirlik etdiyim 848 saylı hərbi hissənin şəxsi heyəti düşməni geriyə çəkilməyə məcbur edərək Məlikcan qalasını azad etdi. Əməliyyat zamanı yaralılarımız oldu, 9 nəfər qəhrəman döyüşçümüz isə şəhidlik zirvəsinə ucaldı. Düşmən tərəf çoxlu itkilər verdi, həmçinin onların bir sıra hərbi texnikası ələ keçirildi. Biz Məlikcan qalasını 12 saat ərzində nəzarətimizdə saxladıq, lakin müəyyən təxribatlar nəticəsində ərazini tərk etmək məcburiyyətində qaldıq.

Şanlı Azərbaycan Ordusunun parlaq qələbəsi ilə nəticələnən 44 günlük İkinci Qarabağ müharibəsində Vətənin igid və mərd oğulları bu ərazini yenidən işğaldan azad etdilər. Allah bütün şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin”, – deyə Z. Həsənov vurğulayıb.

Tədbirin davamında şəhidlərin keçdiyi həyat yolu və şərəfli döyüş fəaliyyətləri barədə məlumat verilib, onların ruhlarına dualar oxunub.

#gallery-1 {

margin: auto;

}

#gallery-1 .gallery-item {

float: left;

margin-top: 10px;

text-align: center;

width: 100%;

}

#gallery-1 img {

border: 2px solid #cfcfcf;

}

#gallery-1 .gallery-caption {

margin-left: 0;

}

/* see gallery_shortcode() in wp-includes/media.php */

47fc670d

1263114b

1c330efa

Seçilən
10
poliqon.az

1Mənbələr