AZ

Bakıda idarəetməni itirən sürücü park edilmiş maşını vurub bordürə çıxdı REAL VİDEO

ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Paytaxt ərazisində baş vermiş yol qəzası anbaan avtomobilin kamerasına düşüb.

Avtosfer.az-ın məlumatına görə, hadisə avqustun 11-də saat 17:29 radələrində baş verib. Belə ki, hərəkətdə olan 77-VG-115 dövlət nömrə nişanlı “Changan” markalı avtomobilin sürücüsü qəzaya səbəb olub. Anidən idarəetməni itirən sürücü park edilmiş avtomobili vuraraq bordürə çıxıb. Hadisə nəticəsində hər iki avtomobilə maddi ziyan dəyib. Xoşbəxtlikdən hadisə zamanı xəsarət alan olmayıb. Qəzalı maşın evakuator vasitəsilə yoldan kənarlaşdırılıb.

Nərmin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
3
avtosfer.az

1Mənbələr