AZ

Şərurlu İsfəndiyar milyonluq avtomobillərinə həbs qoyulmasından danışdı

BAKI, 15 avqust. TELEQRAF

“Şərur” Mənzil-Tikinti Kooperativinin sahibi İsfəndiyar Axundovun milyonluq avtomobillərinə həbs qoyulmasından danışıb.

İsfəndiyar Axundov Teleqraf-a açıqlamasında bildirib ki, avtomobillərinə qoyulan həbs qərarı ləğv edilib.

“Avtomobillərimə həbs qoyulmuşdu, amma iki-üç gün öncə Nərimanov Rayon Məhkəməsinin qərarı ilə ləğv edildi. Mətbuatda adıçəkilən 9 avtomobilin hamısı mənə məxsusdur”, - deyə o açıqlayıb.

Qeyd edək ki, bu haqda ilk xəbəri Qaynarinfo.az yayıb. İş adamına məxsus 9 avtomobilə həbs qoyulsa da, məhkəmə qərarı qanunsuz hesab edərək ləğv edib.

Sözügedən avtomobillərin siyahısı belədir:

- “Lx 600” MİNİK markalı, “AA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
- “Lamborghini” markalı “YA” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
- “Toyota Hilux minik” markalı, “PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi;
- “Jiusheng Js-Hqcd25t056 Xüsusi.Təy” markalı, “JN” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,
- “Kia Rio minik” markalı, “PF” və “PZ” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi,
- “Kia Carnival” markalı, “AT” dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi.

Seçilən
3
2
teleqraf.com

4Mənbələr