AZ

Əməkdar artist: “Əgər əlində şəcərə sənədi varsa...”

Əməkdar artist Mehriban Xanlarova ilə Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə arasındakı qalmaqal səngimək bilmir.

“Cebheinfo.az” xəbər verir ki, aktrisa “Facebook” hesabında növbəti qalmaqallı paylaşım edib.

“Əgər əlində şəcərə sənədi varsa, ortaya qoysun! Çünki bu, ictimaiyyəti aldatmaq deməkdir!”, - deyə qeyd edib.Aktrisa əlavə edib ki, Ziyadxanovlar nəslinin tanınmış iki nümayəndəsi var: 

“Biri İsveçdə yaşayan musiqişünas alim, pianoçu və Dünya Azərbaycanlıları Konqresinin fəal üzvü Aydın Ziyadlı, digəri isə "Cavad Xan" Tarix və Mədəniyyət Fondunun prezidenti Valid Xan Ziyalıdır. Onlar isə Mehriban Ələkbərzadəni tanımırlar!”

Seçilən
39
1
cebheinfo.az

2Mənbələr