AZ

Mövsümün açılış matçında heç-heçə

Bu gün Azərbaycan Premyer Liqasında 2025/26 mövsümünə start verilib.

“Qafqazinfo” xəbər verir ki, ilk oyun günündə bir görüş baş tutub.

Şamaxıda keçirilən mövsümün açılış matçında “Karvan-Yevlax”la “Qəbələ” üz-üzə gəlib. Qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Turun qalan görüşləri avqustun 16-da, 17-də və 19-da keçiriləcək. “Sabah” – “Qarabağ” görüşü isə təxirə salınıb.

Azərbaycan Premyer Liqası
1-ci tur
15 avqust

“Karvan-Yevlax” – “Qəbələ” 1:1
Qol: Murad Musayev, 78 (avtoqol) - Domi Massumo, 54.
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Kamran Əliyev.
Şamaxı şəhər stadionu.

Seçilən
61
3
qafqazinfo.az

2Mənbələr