Kamçatkada 6,5 maqnitudada zəlzələ baş verib.
Gundem.az xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka bölməsi məlumat yayıb.
Xatırladaq ki, iyulun 30-da səhər saatlarında Kamçatka yaxınlığında güclü zəlzələ baş verib, bu, 1952-ci ildən bəri ən güclü zəlzələ olub. Onun maqnitudası 8,8-ə çatıb.