AZ

Tramp və Zelenskinin tənqidi bəyanatları: Müharibə bitməlidir!

“Ukrayna adına yox, onları danışıqlar masasına oturtmaq üçün danışıram”.

Turkustan.az xəbər verir ki, ABŞ prezidenti Donald Tramp və Rusiya prezidenti Vladimir Putinin Alyaskada keçiriləcək tarixi zirvə görüşündən bir neçə saat əvvəl Tramp və Ukrayna lideri Volodimir Zelenski mətbuata açıqlama veriblər.

Tramp bildirib ki, “Ukrayna adından danışıqlar aparmıram, onları danışıqlar masasına oturtmaq üçün buradayam”. Onun sözlərinə görə, Rusiya ilə mümkün “torpaq mübadiləsi” məsələsi müzakirə olunacaq, lakin son qərarı yalnız Ukrayna verəcək.

“Putinlə torpaq mübadiləsini müzakirə edəcəyik, lakin qərarı Ukrayna verəcək. Mən burada Ukrayna adından danışıqlar aparmaq üçün deyil, onları danışıqlar masasına oturtmaq üçün gəlmişəm,” – deyə, Tramp təyyarədə jurnalistlərə açıqlamasında bildirib.

Tramp əlavə edib ki, Rusiyanın Ukraynaya qarşı hücumları Putinin sülh danışıqlarında mövqeyini gücləndirmək məqsədi daşıyır:

“Düşünürəm ki, onlar danışıqlara başlamağa çalışırlar. Putin səhnəni qurmağa çalışır. Onun fikrincə, bu, ona daha yaxşı razılaşma əldə etməyə kömək edə bilər. Əslində isə bu, onu zəiflədir. O, hələ də hücumlara davam edərək daha əlverişli nəticə qazanacağına inanır. Putin ağıllı adamdır, uzun müddətdir bu işin içindədir — amma mən də eləyəm”.

Ukrayna prezidenti Volodimir Zelenski isə qısa açıqlamasında bildirib: “Müharibəni bitirməyin vaxtıdır”.

Tramp həmçinin qeyd edib ki, Rusiya ilə Ukrayna arasında sülh prosesi baş tutacağı təqdirdə, Ukraynaya müəyyən təhlükəsizlik zəmanətləri verilə bilər.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
6
1
turkustan.az

2Mənbələr