AZ

Azərbaycanda bu şəxslərin əməkhaqları artdı

2025-ci ilin yanvar-aprel aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,2 faiz artaraq 1100,6 manat təşkil edib.

 

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

 

Əməkhaqqı neft-qaz sektorunda 4015,9 manat, qeyri neft-qaz sektorunda 1046,1 manat təşkil edib.

 

Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1051,6 manat, özəl müəssisələrdə isə 1151 manat olub.

Tarix: 15 Avqust 2025, 19:36   
Seçilən
17
19
pravda.az

10Mənbələr