AZ

Peskov: Putin-Tramp sammiti 6-7 saat davam edəcək

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Birinci Kanala şərhində Rusiya lideri Vladimir Putin və amerikalı həmkarı Donald Tramp arasında Alyaskada keçiriləcək sammitin planlaşdırılan çoxlu sayda tədbirlərə görə ümumilikdə təxminən 6-7 saat davam edəcəyini etiraf edib.

Turkustan.az xəbər verir ki, onun sözlərinə görə, Moskva liderlərin əvvəlcə təkbətək söhbət edəcəyi ehtimalından çıxış edir. "İndi görünür ki, bu işə köməkçilər də cəlb olunacaq", - Peskov əlavə edib.

"Sonra nümayəndə heyətləri daxilində, ola bilsin, işgüzar nahar formatında danışıqlar olacaq. Sonra liderlər bir müddət dağılışacaq, sonra birgə mətbuat konfransı üçün toplanacaq. Ümumiyyətlə, təsəvvür etmək olar ki, əlbəttə ki, buna ən azı 6-7 saat vaxt sərf olunacaq", - Kreml nümayəndəsi qeyd edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
15
50
turkustan.az

10Mənbələr