Almaniyanın nəqliyyat naziri Patrik Şnayder dövlət dəmiryolu operatoru Deutsche Bahnın baş direktoru Riçard Lutsun vəzifəsindən azad edildiyini açıqlayıb. Nazir bildirib ki, illərdir məhsuldarlıq və xidmət keyfiyyətinin azalması ilə tanınan şirkət idarəetmə və struktur baxımından “yenidən qurulmaya” ehtiyac duyur.
Euractiv nəşrinin məlumatına görə, tamamilə federal hökumətə məxsus olan Deutsche Bahn Almaniyada sərnişindaşıma sahəsində lider mövqedədir. Lakin son illərdə şirkət xroniki qatar gecikmələri və xidmətin pisləşməsi ilə bağlı kəskin tənqidlərə məruz qalır.
“Hazırda dəmiryolunun mövcud vəziyyətinə səbəb olan problemlərin aradan qaldırılması üzərində işləyirik,” – deyə Şnayder vurğulayıb.
//Samir Qurbanov, Editor.az