“Biz indi Ermənistan və Azərbaycan arasında münasibətlərdə yeni dövrə qədəm qoyuruq, hər iki ölkə və onların liderləri sülhə sadiqliklərini açıq şəkildə təsdiqləyirlər. Bu, təkcə ikitərəfli münasibətlərimizə deyil, həm də iqtisadi dinamikaya müsbət təsir göstərəcək”.
Paralel.az xəbər verir ki, bunu Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan İRNA-ya müsahibəsində deyib.
Nazir müavini bildirib ki, Azərbaycanla əsas razılaşmalarımızdan biri ölkələrin suverenliyinə, yurisdiksiyasına və ərazi bütövlüyünə tam qarşılıqlı hörmətlə regionda nəqliyyat marşrutlarının açılmasıdır. “Praktikada bu, Ermənistan və İran arasında dəmir yolu əməkdaşlığı üçün yeni imkanlar açacaq, o cümlədən Naxçıvan-Culfa xətti İranın Ermənistana və son nəticədə Qara dənizə çıxışını təmin edəcək”, - o qeyd edib.
ABŞ-ın Zəngəzur dəhlizində iştirakı ilə regionda mövcudluğuna gəldikdə isə Kostanyan bildirib ki, Ermənistan “Tramp yolu” layihəsində İranla bağlı həssaslıqlar və narahatlıqlar nəzərə alınıb. “Bu layihənin bəzi təfərrüatlarını artıq İran tərəfinə təqdim edərək razılaşmışıq”, - o vurğulayıb.
Bununla belə, Kostanyan bildirib ki, Ermənistanda səhmləri Ermənistan və ABŞ arasında bölüşdürüləcək bir şirkətin qeydiyyata alınması planları var, lakin bu, ABŞ-ın regionda təhlükəsizlik sahəsində mövcudluğu anlamına gəlmir.
“İran-Ermənistan sərhədinin və onun keçidlərinin yüklərin və sərnişinlərin gediş-gəlişi üçün fasiləsiz və maneəsiz işləməsi bizim üçün strateji əhəmiyyət kəsb edir və burada hər hansı problem gözləmirik. Nəqliyyat marşrutlarının, o cümlədən üç yeni layihənin açılması ölkələrin suverenliyi və yurisdiksiyası prinsipi əsasında həyata keçiriləcək ki, bu da özlüyündə başqa təminatdır”, - nazir müavini bildirib.
Kostanyan hesab edir ki, dəhliz yeni geosiyasi məhdudiyyətlərə deyil, əksinə, geosiyasi güc mərkəzləri arasında etimadın gücləndirilməsi üçün tədbir olmalıdır. “Praktikada Ermənistanda qeydiyyatdan keçmiş şirkətdə ABŞ-ın payı ABŞ-ın özünə sərf edəcək, İran Qara dənizə çıxışdan faydalanacaq və biz Azərbaycandakı dəmir yolu xətti ilə Rusiya ilə əlaqə qura biləcəyik. Ümid edirik ki, bu cür qarşılıqlı iqtisadi əməkdaşlıq üçün bir körpü rolunu oynayacaq buna əngəl törətməyəcək, nəinki maneçilik", - Kostanyan bildirib.
İran-Ermənistan sərhədi ilə bağlı məsələyə gəldikdə nazir müavini deyib ki, İrəvan bu məsələdə İran tərəfinə lazımi təminat verib.
Mürtəza