AZ

Tramp: Putin "məni dolamayacaq"

Donald Tramp: "Məncə Prezident Putin razılaşmaq istəyir. Məncə mən Prezident olmasaydım, o, bütün Ukraynanı ələ keçirmişdi. Bu müharibə baş verməməli idi. Mən Prezident olmasaydım, mənə elə gəlir ki, o, bütün Ukraynanı ələ keçirərdi. Amma mən Prezidentəm və o məni dolamayacaq".

Prezident Tramp bunu jurbnalistlərin suallarını cavablandırarkən deyib.

Tramp və Putin cümə günü Alyaskada görüşə hazırlaşırlar.

Birləşmiş Ştatlar və Rusiya Prezidentləri Ukrayna müharibəsini müzakirə edəcklər.

Alyaskaya üzərində SSRİ yazılmış köynəklə getdiyi deyilən Rusiyanın xarici işlər naziri Sergey Lavrov isə belə deyib: "Bizim mövqeyimiz aydın və birmənalıdır".

Bu görüşdə Ukrayna Prezidenti Volodimir Zelenski iştirak etməyəcək.

Zelenski xəbərdarlıq edib ki, onun iştirakı olmadan verilmiş qərarların heç bir mənası olmayacaq.

Videoya YouTube kanalımızda baxın.

Seçilən
187
50
bbc.com

10Mənbələr