AZ

“Karvan”dan asanlıqla xal almaq mümkün olmayacaq”

Idmanxeber.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Bu gün Azərbaycan Premyer Liqasının 2025/26 mövsümünün ilk turunda “Karvan-Yevlax” ev sahibi kimi Şamaxı şəhər stadionunda “Qəbələ” ilə heç-heçə edib – 1:1.

İdmanxeber.az xəbər verir ki, görüşdən sonra Yevlax klubunun baş məşqçisi Azər Həşimov mətbuat konfransı keçirib. O, ilk oyunun hər zaman çətin keçdiyini vurğulayıb:

“İlk oyunlar adətən ağır olur. Qarşılaşma bərabər mübarizə şəraitində keçdi və nəticədə bir xal qazandıq. “Qəbələ”yə uğurlar arzulayıram.

Futbolçu olduğum vaxtlarda da heç vaxt mübarizədən çəkinmirdim, indi də məşqçi kimi bu prinsipi davam etdirirəm. Baş məşqçi kimi ilk oyunum idi və çalışdım ki, komandam əzmkar futbol sərgiləsin, xal və xallar toplasın. İnanıram ki, “Karvan”dan asanlıqla xal almaq mümkün olmayacaq. Qarşımıza qoyulan əsas məqsəd Premyer Liqada mövqeyimizi qorumaq və hər rəqibə qarşı əzmkar komanda kimi çıxış etməkdir”.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
11
1
idmanxeber.az

2Mənbələr