AZ

ABŞ Prezidenti: Ukraynada atəşkəs olmasa, məyus olacağam

ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putinlə Alyaskanın Ankoric şəhərində keçirdiyi görüşdə Ukraynada atəşkəslə bağlı razılığa gələ bilməsə, məyus olacağını bildirib.

Operativ Media xəbər verir ki, o, Rusiya lideri ilə görüşmək üçün Ankoric şəhərinə uçarkən Ağ Evin mətbuat xidmətinin müxbirlərinin suallarını cavablandırarkən bu bəyanatı verib.

“Hansı şəraitdə sammiti uğurlu adlandırmaq olar?” sualına Tramp “bunu deyə bilməyəcəyini” söyləyib. “Hələ heç nə müəyyənləşdirilməyib. Mən müəyyən şeylər istəyirəm, atəşkəs istəyirəm və Avropanın bununla heç bir əlaqəsi yoxdur. Avropa mənə nə edəcəyimi demir, amma Zelenski kimi onlar da mütləq iştirak edəcəklər”, – Tramp deyib.

“Mən tezliklə atəşkəs istəyirəm. Bunun bu gün baş verib-verməyəcəyini bilmirəm, amma bu gün baş verməsə, kədərlənəcəyəm”, – Amerika lideri əlavə edib.

Seçilən
1
operativmedia.az

1Mənbələr