AZ

Tramp Lukaşenkoya zəng etdi

ABŞ Prezidenti Donald Tramp Belarus Prezidenti Aleksandr Lukaşenkoya zəng edib.

Söhbət barədə ilk məlumatı Lukaşenkonun mətbuat xidməti verib. Daha sonra Trampın özü danışıqları təsdiqləyib.

“Zəngin məqsədi 16 məhbusun azadlığa buraxılmasına görə Lukaşenkoya təşəkkür etmək olub. Biz daha 1300 məhbusun azad edilməsi imkanlarını da müzakirə edirik. Söhbət çox yaxşı keçdi. Biz bir çox mövzulara, o cümlədən Rusiya Prezidenti Putinin (Vladimir - red.) Alyaskaya səfərinə toxunduq. Mən gələcəkdə prezident Lukaşenko ilə görüşü səbirsizliklə gözləyirəm”, - ABŞ lideri bildirib.

Tramp hansı 16 məhbusdan danışdığını dəqiqləşdirməyib. İyulda Lukaşenkonun mətbuat xidməti onun müxtəlif cinayətlər, o cümlədən ekstremist cinayətlər törətmiş 16 məhkumu (siyasi məhbuslar da daxil olmaqla) əfv etdiyini bildirib. Əfv olunanların adları, eləcə də nəyə görə mühakimə olunduqları barədə məlumat verilmir. \\Yeniavaz.com

Seçilən
5
1
hurriyyet.az

2Mənbələr