AZ

İqlim dəyişikliyi sahəsində terminoloji lüğət hazırlanır

ain.az, Yeniavaz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Eko-TES" Ekoloji Tədqiqatlar və Maarifçilik İctimai Birliyi  Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “İqlim dəyişikliyi sahəsində terminoloji lüğətin hazırlanması” adlı layihəyə start verib.

Layihənin əsas məqsədi iqlim dəyişmələri sahəsində informasiyaların daha əlçatan olmasını təmin etmək üçün terminoloji lüğətin hazırlanmasıdır. Eyni zamanda iqlim dəyişmələri, ətraf mühitin qorunması, ekoloji problemlər və bu qəbildən olan fəaliyyətlərlə məşğul olan hökumət qurumları, QHT-lər və şəxslər arasında elmi əməkdaşlığın təşviqinə nail olmaqdır. 

İqlim dəyişmələri sahəsində elmi məlumatların daha çox ingilis dilində olmasını nəzərə alsaq, layihə çərçivəsində hazırlanacaq lüğətin əhəmiyyəti ön plana çıxır. Bu da nəticə etibarilə mütəxəssislərin elmi informasiyalara çıxış imkanlarını daha da asanlaşdırıacaq.

Qeyd edək ki, layihənin icra müddəti 4 aydır. Bu zaman ərzində terminoloji lügət kitabı hazırlanmaqla yanaşı iqlim dəyişmələri ilə bağlı televiziya verilişi çəkiləcək və yerli media nümayəndələri ilə görüş keçiriləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
6
1
yeniavaz.com

2Mənbələr