AZ

Lukaşenko Trampı Cənubi Qafqazda sülhün əldə olunmasındakı işinə görə təbrik etdi

Belarus Prezidenti Aleksandr Lukaşenko telefon danışığı zamanı Amerika lideri Donald Trampı Cənubi Qafqazda sülhün əldə olunmasında yaxşı işinə görə təbrik edib.

“Report” BELTA-ya istinadən xəbər verir ki, bu barədə Belarus liderinin mətbuat katibi Natalya Eysmont məlumat verib.

Onun sözlərinə görə, ölkə liderləri İran və Yaxın Şərqi də müzakirə ediblər. “Lukaşenko əmindir ki, bu məsələlərdə də irəliləyiş əldə olunacaq”, - o əlavə edib. pizza hut

Daha əvvəl Trampın Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar üçün Alyaskaya getdiyi “Air Force One” təyyarəsində Lukaşenko ilə telefon danışığı apardığı bildirilmişdi.

Xatırladaq ki, avqustun 8-də Vaşinqtonda Azərbaycan, Ermənistan və ABŞ liderlərinin üçtərəfli sammiti keçirilib. Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan Donald Trampın vasitəçiliyi ilə yeddi bəndlik birgə bəyannamə imzalayıb və “Sülhün və dövlətlərarası münasibətlərin bərqərar olması haqqında” sazişi paraflayıb.


Telegram kanalımız
Seçilən
9
12
yenisabah.az

10Mənbələr