AZ

Yanvar-iyun aylarında Azərbaycanda 25 minə yaxın cütlük nikaha daxil olub

Bu ilin yanvar-iyun aylarında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən ölkə ərazisində 24 min 815 nikaha daxilolma və 10 min 350 boşanma halı qeydə alınıb.

AZƏRTAC Dövlət Statistika Komitəsinin məlumatına istinadla bildirir ki, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2024-cü ilin müvafiq dövrü ilə müqayisədə 4,4-dən 4,9-a qədər artıb, boşanmaların sayı isə 2,1-dən 2-yə enib.

Nikaha daxilolma səviyyəsi Şərqi Zəngəzur (6,4), Qarabağ (6,2), Mil-Muğan (5,7), Lənkəran-Astara (5,6),Şirvan-Salyan (5,4), Dağlıq Şirvan (5,1), Bakı (5,) iqtisadi rayonlarında ölkə göstəricisindən (4,9) yüksək olub.

2025-ci ilin yanvar-iyun ayları ərzində Daxili İşlər Nazirliyi və Dövlət Miqrasiya Xidmətinin müvafiq qurumları tərəfindən daimi yaşamaq üçün Azərbaycana 1709 nəfər gələn, Azərbaycandan isə 1092 nəfər gedən qeydə alınıb, ölkə üzrə miqrasiya saldosu müsbət 617 nəfər təşkil edib.

Seçilən
7
3
yeniazerbaycan.com

4Mənbələr