AZ

Çexiyada kimyəvi zavodda baş verən partlayışda 3 nəfər xəsarət alıb

Pardubicedəki "Synthesia" kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər xəsarət alıb.

Ucnoqta.az xəbər verir ki, bu barədə ČTK xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, partlayış saat 14:00-dan sonra zavodun əsaslı təmir işləri aparılan binalarından birində baş verib.

Kimya zavodunun rəhbərliyi bunun texniki qəza olduğunu bildirib. Dəymiş maddi ziyan cüzi qiymətləndirilir və zavodun ərazisinin bir hissəsindən kənara heç bir zərərli maddə buraxılmamışdır.

Seçilən
4
ucnoqta.az

1Mənbələr