AZ

Bakı, Qubadlı və İmişlidə ağaclar qanunsuz kəsilib

Bakı, Qubadlı və İmişlidə ağaclar qanunsuz kəsilib, 71 750 manat ziyan dəyib.

 

Bu barədə Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən məlumat verilib.

 

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən son bir həftə ərzində keçirilən nəzarət tədbirləri zamanı Bakı şəhəri, Qubadlı və İmişli rayonlarının inzibati ərazisində yaşıllıqların qanunsuz kəsilməsi halları aşkar olunub.

 

Araşdırma zamanı Bakı şəhəri, Yasamal rayonu, Vasif Əliyev küçəsi, 165 ünvanında, Qubadlı rayonu Hal kəndi və İmişli rayonu ərazisində ağacların qanunsuz kəsilməsi nəticəsində yaşıllıqlara 71 750 manat məbləğində ziyan dəydiyi müəyyən edilib.

 

Hər bir fakt üzrə yaşıllıqlara dəymiş ziyanın məbləği cinayət tərkibi yaratdığından məsələyə hüquqi qiymət verilməsi üçün toplanmış materiallar hüquq-mühafizə orqanlarına göndərilməsi üçün hazırlanır.

Tarix: 15 Avqust 2025, 20:51   
Seçilən
24
21
pravda.az

10Mənbələr