AZ

Yanğına görə 2 nəfər tutuldu

Polis əməkdaşları avqustun 15-də Cəlilabad şəhərində yanğın hadisələri törədən şəxsləri müəyyənləşdirib.

 

Bu barədə Modern.az-a DİN-in Mətbuat Xidmətinin regional qrupundan məlumat verilib.

 

Bildirilib ki, araşdırmalarla yanğınları 1997-ci il təvəllüdlü Ş.Əliyevin əkin sahəsini, 1971-ci il təvəllüdlü M.Xudaşovun isə məişət tullantıllarını yandırması ilə törətdiyi məlum olub. Nəticədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

 

Hər iki şəxs məsuliyyətə cəlb olunub.

Seçilən
0
modern.az

1Mənbələr