İran xarici işlər nazirinin müavini Səid Xətibzadə və Türkiyə Milli Təhlükəsizlik Şurasının katibi Okay Memiş Ankarada qarşılıqlı maraq doğuran məsələləri, o cümlədən regional vəziyyəti müzakirə ediblər.
Operativ Media-nın məlumatına görə, bu barədə İran xarici işlər nazirinin müavininin Ankaraya səfərinin təfərrüatlarını təqdim edən İRNA agentliyi xəbər yayıb.
Qeyd olunur ki, görüş zamanı tərəflər son regional hadisələri, o cümlədən Qəzza ətrafındakı vəziyyəti və İsrailin bu istiqamətdə atdığı addımları müzakirə ediblər.
Xəbər verildiyi kimi, İran və Türkiyə rəsmiləri İslam dünyasında həmrəylik və birliyin vacibliyini, habelə ortaq regional problemlərin həlli üçün iki ölkə arasında məsləhətləşmələrin davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.
İran agentliyinin məlumatına görə, Səid Xətibzadə Türkiyə hökuməti və xalqının İran xalqına dəstəyini, eləcə də İsrailin İrana qarşı həyata keçirdiyi hərbi əməliyyatlarla bağlı həmrəylik mövqeyini yüksək qiymətləndirib.