AZ

Bakı metrosunda tunelin inşası üçün işlər başlayırVİDEO

"28 May" metro stansiyası ətrafında 200 metr uzunluğunda tunelin inşası üçün hazırlıq işlərinə başlanılır. İşlər Bakı metrosunda xətlərin ayrılması layihəsi çərçivəsində görülür.

Xezerxeber.az xəbər verir ki, "Bakı Metropoliteni" QSC-dən verilən məlumata görə, hazırlıq işləri çərçivəsində "28 May" stansiyası ətrafında iki ərazidə şaxta qazılacaq. Şaxtalar qazıldıqdan sonra əsas tunellərə keçid təmin edən əlavə yanaşma yolları inşa olunacaq.

Tikinti prosesi ərazidə avtobusların, Bakı Dəmiryol Vağzalının, eləcə də "28 May" metrostansiyasının fəaliyyətinə maneə yaratmayacaq. Sözügedən metro stansiyalarında hərəkət intervalı isə minimuma endiriləcək.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
33
xezerxeber.az

1Mənbələr