AZ

"Liverpul" italiyalı müdafiəçi ilə gücləndi

"Liverpul" "Parma"nın müdafiəçisi Covanni Leonini transfer edib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

18 yaşlı italiyan ilə uzunmüddətli müqavilə imzalanıb. O, "Liverpul"da 15 nömrə altında oynayacaq. İnsayder Fabrizio Romano daha əvvəl transfer məbləğinin 35 milyon avro civarında olacağını bildirmişdi.

2024/25 mövsümündə Leoni bütün yarışlarda 17 matçda iştirak edib və 1 qol vurub. O, həmçinin 3 sarı vərəqə alıb.

Seçilən
1
1
operativmedia.az

2Mənbələr