AZ

Tibb Universitetindən illik təhsilhaqqının fantastik məbləğdə artımına MÜNASİBƏTVİDEO

Tibb Universitetində "Tibb" ixtisasının illik təhsilhaqqı 2000 manat artırılıb. Yeni tədris ili üçün bu Unıversitetdə Tibb ixtisası üçün 6500, stomatologiya üçün 6000, əczaçılıq, fizioterapiya, ictimai səhiyyə və tibb bacısı ixtisasları üçün isə 5000 manat təhsilhaqqı tələb olunur.

Bu barədə Dövlət İmtahan Mərkəzinin "Abituriyent 4" jurnalında məlumat verilib. Ötən il isə bu ixtisas üzrə ödəniş 4500 manat olub. Bu isə nə az, nə çox, 44 faiz artım deməkdir. Bununla belə, "Tibb" ixtisası üzrə plan yerlərinin sayı dəyişməyib. Ötən il olduğu kimi bu il də həkim olmaq istəyənlər üçün 520 yer ayrılıb. Məsələ ilə bağlı Tibb Universitetindən bildirildi ki, artım təkcə onlarda yox, digər ali təhsil müəssisələrində də baş verib.

Təhsil ekspertləri isə hesab edirlər ki, təhsilhaqqının bu qədər artırılması təkcə tələbələri yox, elə universitetləri də zərərə uğrada bilər.

Digər ali təhsil müəssisələrində də ödənişlərin artması məsələsinə gəldikdə isə ekspert qeyd edib ki, bir çox universitetdə təhsilhaqları elə ötənilki kimi qalıb. Bəzilərində isə 200-300 azn civarında artıb olub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Seçilən
60
xezerxeber.az

1Mənbələr