"Bu il daşınmaz əmlak bazarında ən çox bahalaşma "Sea Breeze” layihəsində baş verib. Orada olan fərdi evlər, torpaqlar və yaşayış evlərinin qiymətində ötən illə müqayisədə orta hesabla 30-35% artım qeydə alınıb”.
Paralel.az xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Azadov deyib. Elnur Azadovun sözlərinə görə, "Sea Breeze” ilə yanaşı Ağ şəhər layihəsində də ən azı 20-25% qiymət artımı müşahidə olunub.
Elnur Azadov paytaxtın digər ərazilərində isə seqmentdən asılı olaraq qiymətlərin müxtəlif səviyyədə artdığını vurğulayıb:
"Daşınmaz əmlak sektoru olduqca genişdir. Bazar tək mənzillərdən deyil, yaşayış fondu və fərdi evlərdən ibarətdir. Eyni zamanda Bakı şəhərinin kəndləri, qəsəbələri, mərkəzi hissələri də var. Həmin ərazilərdə qiymət artımı 5%-dən başlayaraq orta hesabla 15% arasında dəyişir”.
Ekspert bu ərazilərin hər birində qiymətin fərqli olduğunu xatırladıb.