AZ

Boğaz ağrısı ilə xəstəxanaya getdi - Bir gün sonra öldü

İngiltərənin Lincolnshire şəhərində yaşayan 29 yaşlı Maykl Reynoldz uzun müddətdir davam edən boğaz ağrısına dözməyərək xəstəxanaya müraciət edib. Həkimlər ona badamcıq iltihabı diaqnozu qoyublar, lakin bir gün sonra həyatını itirib.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, Reynoldz müayinə zamanı yemək və içməkdə çətinlik çəkdiyini, boğazında daralma hiss etdiyini, hətta öz tüpürcəyini belə udmaqda çətinlik çəkdiyini bildirib. Buna baxmayaraq ona yalnız badamcıq iltihabı diaqnozu qoyulub və ağızdan qəbul edilən antibiotiklər yazılıb.

Dərmanlarını qəbul etdikdən sonra evə qayıdan Reynoldz bir qədər sonra vəziyyəti pisləşərək yerə yıxıldı. Təcili xəstəxanaya aparılan gənc adam bütün müdaxilələrə baxmayaraq xilas edilə bilməyib.

Seçilən
10
manset.az

1Mənbələr