AZ

162 saylı avtobusdan ŞİKAYƏT – “20 dəqiqədən bir gəlir, camaata isti olurVİDEO

Avtobuslar həm gec gəlir, həm də köhnədir...

Xezerxeber.az xəbər verir ki, bunlar "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzi ilə Ramana qəsəbəsini əlaqələndirən 162 saylı marşrut xəttindəki avtobuslardan narazı olan sərnişinlərin dedikləridir.

"Taksiylə getmək istəyirdim, qoymadılar, indi də gör nə qədər vaxtdır avtobus gözləyirəm, hələ də gəlməyib",- deyən sərnişin də "Koroğlu" Nəqliyyat Mübadilə Mərkəzində 162 sayli marşrut avtobusunu gözləyir. Sərnişinlərin sözlərinə görə, xüsusilə də, pik saatlarda intervallar artır.

Sərnişinlər gec gəlməkdən əlavə, avtobusların köhnəliyindən də şikayət edirlər.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

 

Seçilən
24
xezerxeber.az

1Mənbələr