Bostan bitkiləri arasında çətənə yetişdirdi...Amma çox keçmədən əməlinin üstü açıldı.
Xezerxeber.az xəbər verir ki, İsmayıllı rayonunda Bostan bitkilərinin arasında çətənə kolu yetişdirən şəxs həbs olunub. Narkotik tərkibli bitkilərin kultivasiyasına qarşı polis əməkdaşları tərəfindən keçirilən əməliyyat zamanı 55 yaşlı Aydın Allahverdiyev saxlanılıb. Onun həyətyanı sahəsindən bostan bitkilərinin arasında əkdiyi 76 ədəd çətənə bitkisi aşkarlanıb.
Saxlanılan şəxs narkotik tərkibli bitkiləri satmaq məqsədilə yetişdirdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, Aydın Allahverdiyev barəsində həbs qətimkan tədbiri seçilib.
Saatlıda isə çətənə bitkilərinin gizli yetişdirilməsi üçün istifadə edilən narkotunel aşkarlanıb.
Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri ilə rayonun Genişkənd kəndinin çöllük ərazisində narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olan kənd sakini Rüstəm Əliverdiyev saxlanılıb.
DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, baxış zamanı ayrı-ayrı məkanlarda xüsusi aqrotexniki qaydalara qulluq edilərək yetişdirilən 71 ədəd çətənə kolu aşkar olunaraq götürülüb.
Rüstəm Əliverdiyev fərqli yerlərdə yetişdirdiyi çətənə bitkilərinə qulluq edən zaman qabaqcadan hazırladığı 4 xüsusi tuneldən istifadə etdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.