Bəzi tibbi əməliyyatlar keçirmiş şəxslər hərbi xidmətə yararsız hesab olunur və çağırışdan azad edilir. Bəs öd kisəsi çıxarılan şəxslər hərbi xidmətə yararlı hesab olunur?
Publika.az xəbər verir ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov Metbuat.az-a bu barədə danışıb.
O bildirib ki, "Öd kisəsinin cərrahi yolla çıxarılması - xolesistektomiya əməliyyatı" diaqnozu ilə tibbi şəhadətləndirilən çağırışçılar müəyyən qaydalar əsasında qiymətləndirilir.