Ukrayna Silahlı Qüvvələri (VSQ) Rusiya hərbçilərini Dobropolyə yaxınlığında – Volnoye, Rubejnoye, Zolotoy Kolodyaz, Şaxovoye, Suxetskoye, Nikanorovka və Veseloye yaşayış məntəqələri istiqamətində geri çəkilməyə məcbur edib.
Editor.az xəbər verir ki, bu barədə məlumatı hərbi vəziyyəti izləyən “DeepState” analitik layihəsi özünün Telegram kanalında yayıb. Məlumata əsasən, layihənin interaktiv xəritəsində də ön xəttdəki dəyişikliklər əks etdirilib.
//Samir Qurbanov, Editor.az