AZ

Xaçmazda yol nişanlanma işləri aparılır - FOTO

Xaçmaz şəhərində yol hərəkətinin təhlükəsizliyinin artırılması və nəqliyyatın fasiləsizliyinin təmin olunması məqsədilə nişanlanma işləri aparılır.

Avtosfer.az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

Məlumata əsasən, şəhərin Nəsimi və N.Nərimanov küçələrində, eləcə də Xaçmaz-Quba yolunda üfüqi nişanlanma xətləri yenilənib.

Ümumilikdə 60 km-dən çox ərazidə xətləmə işləri aparılıb, 25 piyada keçidi yenidən çəkilib. Ərazilərdə hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılması məqsədilə müvafiq yol nişanları quraşdırılıb.

Yol nişanlanma işləri mərhələli şəkildə digər bölgələr üzrə də davam etdiriləcək.

FOTO QALEREYA
Seçilən
15
1
avtosfer.az

2Mənbələr