ABŞ prezidenti Donald Tramp İsrailin baş naziri Benyamin Netanyahuya Qəzza şəhərinə qarşı davam edən hücumları dərhal dayandırmaq çağırışı edib.
Bu barədə Israel Hayom qəzeti Ağ Evə yaxın mənbəyə istinadən xəbər yayıb.
Mənbənin məlumatına görə, telefon danışığı zamanı Tramp, HƏMAS-ın Qəzza zolağından çıxarılması ideyasını dəstəkləməsinə baxmayaraq, hərbi əməliyyatların uzanmamasını istəyib. “Bunu edin, amma indi edin”, – deyə o, Netanyahunu tələsdirib.
İsrail Baş Nazirinin Ofisi məsələ ilə bağlı hələlik açıqlama verməyib.
//Samir Qurbanov, Editor.az