AZ

“Yeni Şirvan” yaşayış kompleksinin tikinti işləri davam etdirilir

“Yeni Şirvan” yaşayış kompleksinin tikintisi sürətlə davam etdirilir.

“Report”un Aran bürosunun məlumatına görə, Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) Şirvan şəhərinin Naxçıvan küçəsində inşa edilən növbəti layihəsi olan “Yeni Şirvan” yaşayış kompleksinin ümumi sahəsi 8,11 hektar təşkil edir.

11 ədəd onikimərtəbəli və 14 ədəd doqquzmərtəbəli olmaqla, 25 yaşayış binası inşa edilir.

Yaşayış kompleksində ümumilikdə 1264 mənzil olacaq ki, onlardan 32-nin studio tipli, 216-nın ikiotaqlı, 768-nin üçotaqlı, 248-nin isə dördotaqlı olması nəzərdə tutulur.

Studio tipli mənzillərin sahəsi təqribən 40,1 kvadratmetr, ikiotaqlı mənzillərin sahəsi təqribən 57,7 kvadratmetr, üçotaqlı mənzillərin sahəsi təqribən 72,8-76,7 kvadratmetr, dördotaqlı mənzillərin sahəsi təqribən 98,7-114,6 kvadratmetr təşkil edəcək.

Bütün mənzillər tam təmirli və mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif olunacaq.

Azərbaycan Respublikası Prezidentinin 16 noyabr 2016-cı il tarixli 1113 nömrəli Fərmanına əsasən, MİDA sərəncamında olan mənzillərin əldə edilməsi “Elektron hökumət” portalı üzərində (www.e-gov.az) “Güzəştli mənzil” sistemi vasitəsilə elektron qaydada həyata keçirilir.

Yalnız “Güzəştli mənzil” sistemində elektron kabinetə sahib olmuş vətəndaşlar mənzil almaq hüququna malikdir. Elektron kabinetə sahib olmuş bütün vətəndaşlar qeydiyyat tarixindən və sıra nömrəsindən asılı olmayaraq, mənzillərin seçimində bərabər hüquqa malikdirlər.

Seçilən
18
report.az

1Mənbələr