AZ

Danimarkada sərnişin qatarı relsdən çıxdı – çoxsaylı yaralılar var

Danimarkada sərnişin qatarının relsdən çıxması nəticəsində çoxsaylı yaralanmalar qeydə alınıb.

Qatar Kopenhagen–Sønnerborg marşrutu üzrə hərəkət edirdi və qəza Tinglev ilə Kliplev arasında baş verib.

Editor.az xəbər verir ki, polisdən verilən məlumata görə, hadisə nəticəsində bir çox sərnişin xəsarət alıb, lakin yaralıların dəqiq sayı hələ məlum deyil. Almaniyadan təcili tibbi yardım briqadaları hadisə yerinə gəlib. Axtarış-xilasetmə əməliyyatlarında xilasetmə itləri və dronlardan istifadə olunur.

Hadisə yerindən yayılan kadrlarda qəzaya bir neçə nəqliyyat vasitəsinin də cəlb olunduğu görünür.

//Samir Qurbanov, Editor.az

Seçilən
10
editor.az

1Mənbələr