Britaniya nəzəri atəşkəsdən sonra ilk həftədə Ukraynaya qoşunlarını göndərmək niyyətindədir.
Operativ Media xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti mənbələrə istinadən məlumat yayıb.
Məlumata görə, hərbi əməliyyatlar dayandırılacağı təqdirdə, yüzlərlə britaniyalı hərbi təlimatçı və mühəndis Ukrayna Silahlı Qüvvələrinin gücləndirilməsinə kömək etmək üçün ölkəyə daxil olmağa hazırdır.
“The Daily Telegraph” həmçinin yazır ki, Böyük Britaniyanın Baş naziri Keir Starmer hipotetik atəşkəsə əməl olunmasına nəzarət çərçivəsində müttəfiqlərlə birlikdə Ukrayna səmasında patrul xidməti həyata keçirmək üçün Kral Hərbi Hava Qüvvələrinin qırıcılarından istifadəyə icazə verib.