Ulduz futbolçu Neymarın "Əl-Hilal"a transfer olmasından 2 il ötür.
Fanat.Az xəbər verir ki, futbolçunun “Əl-Hilal” karyerası gözlənilən kimi alınmayıb.
İki il əvvəl Səudiyyə Ərəbistanı klubuna 90 milyon avro qarşılığında transfer olunan futbolçu illik 100 milyon avro maaş qazanırdı. Lakin bu müddətdə Neymar cəmi 7 oyuna çıxıb və yalnız 1 qol vurub.
Ulduz futbolçu zədələr və formadan uzaq qalması səbəbindən tez-tez tənqid olunur. İdman ictimaiyyəti belə göstəricilərin, ödənilən məbləğlə müqayisədə, olduqca zəif olduğunu vurğulayır.
Qeyd edək ki, 33 yaşlı braziliyalı hazırda ölkəsində "Santos" forması altında çıxış etməkdədir.
Kamil Xudiyev