Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Tofiq Musayev İraqın təşkilatdakı yeni daimi nümayəndəsi Lukman Feyli ilə görüşüb.Bu barədə azərbaycanlı diplomat "X" hesabında paylaşım edib.
"İraq Respublikasının BMT-dəki yeni daimi nümayəndəsi, səfir Lukman Feylini ofisimizdə qarşılamaqdan, BMT-nin gündəliyinə dair qarşılıqlı maraq doğuran məsələlər və təşkilat çərçivəsində əməkdaşlığımızın inkişafı ilə bağlı fikir mübadiləsi aparmaqdan məmnun oldum", - o bildirib.