AZ

Putin Tramp görüşü “üç üç” formatında keçiriləcək Adlar bəlli oldu

ain.az, Yeniavaz portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında görüş təkbətək deyil, “üç-üç” formatında olacaq.

Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ administrasiyasının mətbuat katibi Karolin Levitt məlumat verib.

Bildirilib ki, görüşdə nazirlər də iştirak edəcək:

“Prezident Tramp və prezident Putin arasında əvvəllər planlaşdırılan təkbətək görüş “üç-üç” formatında keçiriləcək. Trampa ABŞ dövlət katibi Marko Rubio və Amerika liderinin xüsusi nümayəndəsi Stiven Uitkoff qoşulacaq”.

Putinin mətbuat katibi Dmitri Peskov bildirib ki, Rusiya tərəfindən görüşə XİN rəhbəri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov qoşulaçaq.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
1
yeniavaz.com

2Mənbələr