AZ

Tramp və Putinin görüşü üçün-üçə formatında davam edir

Alyaskanın Ankoric şəhərində Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın danışıqlarının üçün-üçə formatı başlayıb.

Oxu.Az xəbər verir ki, Elmendorf-Riçardson hərbi bazasındakı otaqlardan birinə keçirilən görüşdə Rusiya xarici işlər naziri Sergey Lavrov və prezidentin köməkçisi Yuri Uşakov da iştirak edirlər.

Putin və Tramp dar formatda danışıqlara başlamazdan əvvəl açılış nitqindən çəkiniblər.

Seçilən
4
1
editor.az

2Mənbələr