Avtosfer saytından alınan məlumata görə, ain.az bildirir.
Sərnişin avtobusunu sərxoş vəziyyətdə idarə edən və polisin tələbinə tabe olmayan sürücü cəzalandırılıb. Avtosfer.az xəbər verir ki, hadisə Türkiyənin Bursa şəhərində baş verib.
Məlumata görə, İnegöl Polis Şöbəsinin Yol Polis Xidmətinin əməkdaşları Adnan Menderes prospektində 16-M-06101 dövlət nömrə nişanlı sərnişin avtobusun sürücüsünə “Saxla” əmrini veriblər. Əmrə tabe olmayan sürücü işıqforun qırmızı işığından keçərək təxminən 300 metr aralıda dayanacaqda dayanıb. Yol polisi əməkdaşları maşına yaxınlaşaraq sürücünü avtobusdan endiriblər. Alkotester yoxlamasından keçirilən 37 yaşlı sürücü 1,49 promil sərxoş olduğu müəyyən edilib.
Onun barəsində inzibati qaydada protokol tərtib edilib və ümumillikdə 500 manat cərimə edilib.
Bundan əlavə, sürücülük vəsiqəsi 6 ay müddətinə əlindən alınıb.
Namiq Musayev
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.