
Xəbər verdiyimiz kimi, həm ABŞ Prezidenti Donald Trampın, həm də Rusiya Prezidenti Vladimir Putinin təyyarəsi Alyaskadakı Elmendorf-Riçardson Hərbi Bazasına eniş edib.
Yeniavaz.com xəbər verir ki, Amerika lideri qonağı uçuş-enmə zolağında qarşılayıb.
Liderlər qırmızı xalça üzərində bir-birlərini səmimiyyətlə salamlayıblar. Ankoric aerodromunda rəsmi şəkil çəkdirməzdən əvvəl onlar bir neçə fikir mübadiləsi aparıblar. Görüntülərdən göründüyü kimi, hər iki prezident eyni maşına əyləşərək danışıqların keçiriləcəyi yerə gediblər.