ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
"Necə olmalıdır?" rubrikasının yeni buraxılışında Təbriz və Nemət Quliyev küçələrinin kəsişməsindəki yol hərəkəti problemlərindən bəhs olunub.
Bildirilib ki, ərazidə yanacaqdoldurma məntəqəsinin yanından sola dönmək istəyənlər üçün "stop" xəttinin olmaması və görüntünü məhdudlaşdıran maneə toqquşma riskini artırır.
Bundan əlavə, Təbriz küçəsindən sola dönən sürücülər 1.11 üfüqi nişanlanma xətti səbəbindən dayanaraq, yolun boşalmasını gözləyirlər ki, bu da sıxlıq yaradır.
Ətraflı Baku TV-nin süjetində:
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.