Alyaskada baş tutan ABŞ Prezidenti Donald Tramp və Rusiya Prezidenti Vladimir Putinin görüşü geniş təhlükəsizlik tədbirləri altında keçirilir.
Musavat.com xəbər verir ki, sammitin təhlükəsizliyini təmin etmək üçün snayperlər, zirehli texnika və yüzlərlə xüsusi xidmət əməkdaşı bazada və görüş keçirilən ətraf ərazilərdə yerləşdirilib.
Mütəxəssislər bildirir ki, belə yüksək səviyyəli təhlükəsizlik tədbirləri beynəlxalq liderlərin görüşlərində standart prosedur hesab olunur və hər iki tərəf üçün risqlərin minimuma endirilməsini təmin edir.