
Gecə lampa ilə yatmağı sevənlər həyati təhlükəsi olan bir xəstəliklə üzləşə bilər.
Yeniavaz.com xəbər verir ki, bu barədə kardioloq Mariya Çaykovskaya Teleqram kanalında məlumat yayıb.
“Bizim bioloji saatımız elə qurulub ki, tam qaranlıqda beyin melatonin istehsal edir, bu hormon təkcə yatmağımıza kömək etmir, həm də hüceyrələrin qorunmasında iştirak edir: immuniteti tənzimləyir, DNT-ni bərpa etməyə kömək edir və şişlərin böyüməsini maneə törədir”, - Çaykovskaya yazıb.
Həkim izah edib ki, hər hansı bir işıq yataq otağına daxil olarsa, melatonin istehsalı pozulur:
“Nəticədə orqanizmdə kanserogen mühit yaranır və bu səbəbdən xərçəngə tutulma riski artır”.