ABŞ administrasiyası Alyaskada qaz və LNG layihələrinin inkişafına dəstək məqsədilə Rusiya nüvə buzqıran gəmilərinin mümkün istifadəsini müzakirə edib.
Operativ Media-nın məlumatına görə, "Reuters" nəşri üç mənbəyə istinadən xəbər yayıb.
Məlumata görə, layihə Ağ Ev rəsmiləri arasında Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Trampın görüşünün nəticəsi ola biləcək mümkün razılaşmanın bir hissəsi kimi müzakirə olunub.
Sammit ərəfəsində “The Daily Telegraph” yazıb ki, ABŞ Rusiyaya Alyaskada xammal yataqlarının işlənməsini təklif etməyi nəzərdən keçirir.
Avqustun 15-də ABŞ və Rusiya prezidentləri sammit üçün Alyaskaya gəliblər. Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakovun verdiyi məlumata görə, liderlər Ukrayna nizamlanmasının müzakirəsinə diqqət yetirəcəklər. Onun sözlərinə görə, Putin və Tramp iqtisadi sahədə ikitərəfli əməkdaşlığı da müzakirə edəcəklər.