AZ

“Mançester Yunayted” bu futbolçu ilə danışıq aparır

Portuqaliyanın “Sportinq” klubunun futbolçusu Morten Yulmann karyerasını İngiltərədə davam etdirə bilər.

Bizim.Media xəbər verir ki, “Mançester Yunayted” dayaq yarımmüdafiəçisinin xidmətində maraqlıdır. Bu barədə “Sky Sports” məlumat yayıb. “Qırmızı şeytanlar” 26 yaşlı futbolçu üçün danışıqlara başlayıb.

Yulmann ötən mövsümdə 47 oyunda 3 qol vurub, 2 məhsuldar ötürmə edib. Onun “Transfermarkt”da dəyəri 26 milyon avrodur. Yarımmüdafiəçi həm də komandanın kapitanıdır.

Rəşad Rafiqoğlu,Bizim.Media

Seçilən
1
bizim.media

1Mənbələr