AZ

Azərbaycanlı Rusiyada bədbəxt hadisə nəticəsində öldü

Azərbaycanlı uşaq Rusiya Federasiyasında bədbəxt hadisə nəticəsində ölüb.

Axar.az Report-a istinadən xəbər verir ki, hadisə Rusiyanın paytaxtı Moskva şəhərində qeydə alınıb.

Belə ki, 2022-ci il təvəllüdlü Amiral Amin oğlu Seyidov ehtiyatsızlıqdan yaşadıqları çoxmərtəbəli binanın 13-cü mərtəbəsindən yıxılaraq həlak olub.

Qeyd edək ki, 3 yaşlı uşağın atası Amin Seyidov əslən Cəlilabad rayonundandır. O bir müddətdir ki, Rusiya Federasiyasında yaşayır.

Seçilən
2
5
axar.az

6Mənbələr